“Araz”dan darmadağın, EKOL-dan qələbə

Bu gün futzal üzrə Yüksək Liqada 2-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, bütün görüşlər bu gün “Olimpik Star”da baş tutub.

İlk oyunda qələbə qazanan “Neftçi” bu dəfə də meydandan 3 xalla ayrılıb. Xüsusilə də “Araz”ı “Neftçi”yə dəyişən və “Marafon”la oyunu da yüksək səviyyədə keçirən Emil Həsənzadənin rolunu qeyd etmək olar. “Baku Fire” isə Yüksək Liqada ilk qələbəsini aktivinə yazdırıb. Kifayət qədər gərgin keçən matçda qapılara 3 qol vurulub. Turun mərkəzi oyununda EKOL-la “Marafon” üz-üzə gəlib. Fasiləyə Əsgər Abasovun dublu sayəsində üstün yollanan EKOL ikinci hissədə də oyunun nəzarətini əldən verməyib. Nəticədə fərqi artıran “yaşıllar” inamlı qələbə qazandı. Debütantların duelinə isə Quba təmsilçisi ardıcıl qollarla başlayıb. İkinci hissədə nominal qonaqlar hesabdakı üstünlüyünü artırıb və Yüksək Liqda ilk qələbəsini qazanıb. Günün son oyununda çempion “Araz”la “Bakı” TFK üz-üzə gəlib. İlk dəqiqədən rəqibini meydanın özlərinə aid hissəsinə sıxışdıran təcrübəli “Araz” darmadağınla qalib gəlib.

Yüksək Liqa, 2-ci tur

16 sentyabr

Yasamal İSK – Neftçi İK 2:8
Qol
: Kamran Nəcəfzadə, 21:54; Vüsal Səfərov, 30:40 – Emil Həsənzadə, 00:56, 02:30, 23:54; Kənan Manafov, 14:26; Oruc Baxşəlizadə, 18:51, 39:13; Vahib Xocayev, 26:20; Rüfət Balakişiyev, 27:24.
Hakimlər: Anar Fərəcov, Kənan Məlikov, Mahir Məmmədov.

Baku Fire – Xızı Futzal 2:1
Qol
: Renat Sultanov, 07:47; Rasif Səfiyarov, 27:14 – Qərib İbrahimov, 39:51
Hakimlər: Azər Əsgərov, Əli Cəbrayılov, Fuad Həsənov.

EKOL – Marafon FK 4:1
Qol
: Əsgər Abasov, 04:07, 16:28; Samir Həmzəyev, 23:48; Faiq Əliyev, 27:16 – Sadegh Javidtabar, 14:31
Hakimlər: Ramil Namazov, Mehman Mahmudov, Ceyhun Hüseynov.

Record club – Premier (Quba) 2:6
Qol
: Vahid Ansari, 03:49, Sina Jamali, 33:37 – Firudin Ağalarov, 01:53, 02:15, 27:58, 38:19, Tural Cəlilov, 19:53, 22:37.
Hakimlər: Ramiz Məhərrəmov, Rahin Heybətov, Vüsal Balaşov.

Bakı TFK – Araz 2:7
Qol
: Orxan Səfiyaroğlu, 25:43, Taleh Ağayev, 39:50-pen. – İsa Atayev, 06:09, Hadi Rezvan, 06:30, Ramiz Çovdarov, 13:38, 15:51, Vahid Şafiei, 22:58, Xətai Bağırov, 24:41, 31:48.
Hakimlər: Hikmət Qafarlı, Elmir Quluzadə, Nail Nağıyev.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button