“Araz”da növbəti ayrılıq

Bir neçə gün əvvəl futzal üzrə Yüksək Liqada çempion olan “Araz”ın heyətində ayrılıqlar davam edir.

Komanda.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Xətai Bağırovdan sonra Mohammadtaha Neyməti də özünə yeni komanda tapıb.

Qış fasiləsində çempionun heyətinə qoşulan və oyunu ilə qızıl medalların qazanılmasında payı olan iranlı legioner vətəninə dönüb. O, İran çempionatının iddialılarından hesab edilən Saveh şəhərinin “Saniç” klubu ilə anlaşıb.

“Saniç” son mövsümü beşinci pillədə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button