“Araz”a mərkəzi oyunda 1 qol bəs etdi

Bu gün futzal üzrə Yüksək Liqada 17-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, bütün oyunlar “Olimpik Star”da baş tutub.

Günün ilk oyununda “Neftçi” “Xızı Futzal” üzərində əzmkar qələbəyə sevinib. Ardından “Marafon” “Premier”i (Quba) darmadağın edib. Günün ən məhsuldar qarşılaşmasında qapılara 24 qol vurulub. “Baku Fire” “Yasamal”dan, “Bakı” isə “Record club”dan üstün olub.

Turun mərkəzi oyununda lider “Araz”la yaxın izləyicisi EKOL qarşılaşıb. Hər iki komandanın meydana itkisiz çıxması azarkeşlərə maraqlı oyun vəd edirdi. Lakin görüşün taleyini bir qol həll edib. Lider ən yaxın izləyicisini minimal hesabla məğlub etməklə zirvədəki mövqeyini möhkəmləndirib.

Yüksək Liqa, 17-ci tur

27 fevral

Neftçi – Xızı Futzal 3:1
Qol
: Vahib Xocayev, 15:33. Rüfət Balakişiyev, 27:08; 32:52 – Elnur Soltanlı, 09:46.
Hakimlər: Ramil Namazov, Nail Nağıyev, Etibar Həsənov.

Marafon FK – Premier Quba 19:5
Qol
: Mohsen Mohammadzadeh, 0:29; 13:23. Rashid Gholipour, 01:26; 01:57; 23:31. Majid Khazaei, 02:55; 08:39; 31:12. Seymur Məmmədov, 06:11. Shahab Shahnazian, 11:53; 13:11. Nihad İsmayılov, 25:32; 27:23. Tofiq Məlikov, 28:21. Sərxan Məstiyev, 30:10. Anar Məmmədov, 33:39. Vitali Borisov, 34:47; 35:24. Farid Mazaherichorası, 35:49 – Vüqar Asalıyev, 16:31; 34:15; 36:33. Habil Nurəhmədov, 24:16. Elnur Qasımov, 38:36.
Hakimlər: Ramiz Məhərrəmov, Elmir Quluzadə, Elvin Ağayev.

Baku Fire – Yasamal İSK 10:2
Qol
: Renat Sultanov, 0:31. Asif Zeynalov, 03:31; 12:06; 32:15. Rəvan Abdullayev, 20:59. Rauf Rüstəmov, 25:27; 32:59. Röyal Məhəmmədli, 30:37; 37:33. Elşən Zərbəliyev, 34:27 – İlahi Kərimov, 37:12. Renat Sultanov, 38:30-öz qapısına.
Hakimlər: Rahin Heybətov, Ceyhun Hüseynov, Fuad Həsənov.

EKOL – Araz 0:1
Qol
: Eshagh Soorghali, 27:42.
Hakimlər: Anar Fərəcov, Əli Cəbrayılov, Fuad Həsənov.

Record club – Bakı TFK 3:8
Qol
: Vahid Ansari, 02:10; 04:56. Matin Gahramani, 05:47 – Fərid Səmədzadə, 07:02; 19:39. Elvin Adışırinli, 11:54; 25:41. Ağaseyid Qasımov, 19:59. İlham Allahverdiyev, 28:47. Vüsal Buludov, 30:45. Tural Lətifov, 33:20.
Hakimlər: Kənan Məlikov, Ziya Nəsirov, Knyaz Əmiraslanov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button