Araz oynamadı, “Boluspor” səfərdən xalsız döndü

Futbol üzrə Türkiyə 1-ci liqasında 4-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Girəsunspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Araz bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

Dörd turdan sonra hesabında 1 xal olan “Boluspor” 18 kollektiv arasında 16-cıdır.