“Araz Naxçıvan”dan Türkiyədə 2-ci heç-heçə

Ərzurum şəhərində təlim-məşq toplanışında olan “Araz Naxçıvan” növbəti yoxlama görüşünü keçirib.

Komanda.az xəbər verir ki, Azərbaycan klubunun bu dəfəki rəqibi Türkiyə yığmasının və “Qalatasaray”ın keçmiş futbolçusu Ümit Karanın baş məşqçisi olduğu “24 Ərzincanspor” olub.

Ötən oyunda olduğu kimi, “Araz Naxçıvan” bu dəfə də meydanı “sülh”lə tərk edib – 3:3. “Qırmızı-ağlar”ın həyətində Söhrab Qoli Fəxrabadi (20-ci dəqiqə), Ayxan Həsənov (26-cı dəqiqə) və Bayraməli Qurbanov (48-ci dəqiqə) fərqlənib.

“Araz Naxçıvan” daha öncə “Amasyaspor”la yoxlama oyunu keçirmişdi – 1:1.