“Araz” artıq Belçikadadı

Futzal üzrə UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Araz” klubu qrup oyunlarının keçiriləcəyi Belçikaya yollanıb.

Komanda.az xəbər verir ki, Bakı-İstanbul-Brüssel reysi ilə Belçikanın paytaxtına çatan son çempion Halle şəhərinə qədər avtobusla təxminən 1 saatlıq yol qət edib.

“Horizon” hotelində məskunlaşan təmsilçimizin bu gün oyunöncəsi məşqi yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) start götürəcək.

Qeyd edək ki, “Araz” ilk oyununu sabah təşkilatçı ölkənin çempionuna qarşı keçirəcək. “De Bres Arena”da “Halle Gooik”lə matç saat 22:30-da başlayacaq.