Araz Abdullayevli “Boluspor” evdə uduzdu

Futbol üzrə Türkiyə 1-ci liqasında 13-cü turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Bandırmaspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib.

13 turdan sonra hesabında 13 xal olan “Boluspor” 18 kollektiv arasında 14-cüdür.