Araz Abdullayevin komandası kubokda mərhələ adladı

Futbol üzrə Türkiyə Kubokunda 1/32 final mərhələsinin oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Kahramanmaraşspor”la qarşılaşıb. Üç qolun qeydə alındığı matçda sevinən tərəf Bolu təmsilçisi olub. 2:1 hesablı qələbə “Boluspor”u növbəti mərhələyə daşıyıb.

Araz bu görüşün iştirakçısı olmayıb. Əksər komanda yoldaşları kimi koronavirusa yoluxduğu ehtimal olunan millimizin üzvü sonuncu çempionat matçında da forma geyinməmişdi.