Araz Abdullayev oynadı, komandası səfərdə sevindi

Futbol üzrə Türkiyə 1-ci liqasında 17-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Əskişəhərspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.

Araz da bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb.

17 oyundan sonra hesabında 19 xalı olan “Boluspor” 18 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.