“Qarabağ”ın oyunu 1… 5… 15 avroya

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ”ı qəbul edəcək Kiprin APOEL klubu bu matçın biletlərini satışa çıxarıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, satışa çıxarılan biletlərin qiymətləri tribunalar üzrə 1, 5, 7, 10 və 15 avro arasında dəyişir. Biletlər sadəcə 14 yaşdan yuxarı şəxslərə verilir. Qarşılaşmanı izləmək istəyən azarkeşlər biletləri həm kassalardan, həm onlayn şəkildə əldə edə bilərlər.

Avqustun 6-da, Nikosyada keçiriləcək APOEL – “Qarabağ” matçı saat 21:00-da start götürəcək. Komandalar arasındakı cavab qarşılaşması isə avqustun 13-də, saat 20:30-da Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button