“Qarabağ”la oyunda meydanda ölməliyik” – APOEL-in futbolçusu

APOEL-in isveçrəli futbolçusu Draqan Mihayloviç Kipr çempionatının 8-ci turunda AEK-lə qolsuz bərabərə qaldıqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az “kerkida.net” saytına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi, Avropa Liqasında “Qarabağ”la qarşılaşacaqları oyun haqda da danışıb:

“Qələbə qazanmaq istəyirik. “Qarabağ”la oyunda meydanda ölməliyik. Hər kəsə daha yaxşı komanda olduğumuzu göstərmək istəyirik”.

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun APOEL – “Qarabağ” oyunu noyabrın 7-də keçiriləcək.