APOEL Bakıya bir təyyarə azarkeş gətirəcək

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la qarşılaşacaq APOEL cavab matçı üçün Bakıya gəlmək istəyən azarkeşlərə jest edib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kipr təmsilçisi, cavab matçını izləmək istəyən azarkeşlər üçün xüsusi təyyarə ayırıb. Təyyarə avqustun 11-də azarkeşləri Bakıya gətirəcək və oyundan sonra geri qaytaracaq. Səfər hər azarkeşə otel və transfer xərcləri daxil olmaqla 570-800 avroya başa gələcək. Bu qiymətə oyun bileti daxil deyil.

“Qarabağ” – APOEL matçı avqustun 13-də, saat 20:30-da start götürəcək. Komandalar arasında ilk oyun avqustun 6-da, Nikosiyada baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button