APOEL-dən “Qarabağ”la oyun ərəfəsində inamlı qələbə – VİDEO

Futbol üzrə Kipr çempionatında 6-cı turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan APOEL də növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Doxa” ilə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyundan qələbə ilə ayrılıb – 2:0. Meydan sahibləri hər hissədə bir qol vurub.

APOEL bu qələbədən sonra 9 xalla 12 kollektiv arasında 4-cü pillədə qərarlaşıb. Amma bu komandanın üç oyunu da təxirə salınıb.

“Qarabağ”ın APOEL-lə ilk oyunu oktyabrın 24-də Bakıda, cavab görüşü isə noyabrın 7-də Kiprdə baş tutacaq.

<iframe width=”660″ height=”381″ src=”https://www.youtube.com/embed/Ju8KrJlk1kQ” frameborder=”0″ allow=”accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture” allowfullscreen></iframe>

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button