AFFA “Zirə”nin şikayətini təmin etdi

Apelyasiya Arbitraj Tribunalı “Zirə” klubunun apelyasiya şikayətini təmin edib.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Xəbərdə, İntizam Komitəsinin 6 oktyabr qərarının ləğv olunduğu bildirilib.

Komitə oktyabrın 3-də Azərbaycan Premyer Liqasının 5-ci turunun “Zirə” – “Neftçi” oyununda ehtiyat qapının standartlara uyğun olmadığını əsas gətirərək, qəsəbə klubunu 800 manat cərimələmişdi.

“Zirə” – “Neftçi” matçı meydan sahiblərinin minimal hesablı qələbəsiylə yekunlaşıb.