Kasilyas “Yuventus”a keçidi gözlənilən futbolçunu təriflədi

“Real”ın keçmiş futbolçusu İker Kasilyas sabiq komanda yoldaşı Anxel Di Marianın “Yuventus”a mümkün transferi haqda danışıb.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, keçmiş qolkiper, Di Marianın əla futbolçu olduğunu deyib:

“Anxel Di Maria əla, möhkəm, çevik oyunçudur. “Yuventus”a keyfiyyətli bir irəliləyiş etməyə kömək edə bilər. Üstəlik, heç vaxt ciddi zədə almayıb, əla formadadır. Düşünürəm ki, onun İtaliyaya uyğunlaşma ilə bağlı problemi də olmayacaq, işə sadiqliyinə görə. Avropada həmişə yüksək səviyyədə, böyük klublarda oynayıb. O, dünya çempionatına yaxşı hazırlaşmaq istəyir”.

Di Maria hazırda PSJ-dədir. Onun tezliklə “Yuventus”a keçəcəyi ilə bağlı məlumatlar yayılıb.

Argentinalı futbolçu 2010-14-cü illərdə “Real”da forma geyinib.

Bizi Telegramda izləyin