Prezidentdən argentinalının ünvanına tərif

PSJ-nin prezidenti Nasser Al-Xələfi argentinalı vinger Anxel Di Mariaya komandadakı çıxışına görə təşəkkür edib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, Xələfi, Di Marianın klub tarixində iz qoyduğunu deyib:

“Anxel Di Maria klubun tarixində iz buraxdı. Azarkeşlər onu sadiqlik nümayiş etdirən, qüsursuz zehnli oyunçu kimi xatırlayacaqlar”.

Di Marianın mövsüm bitəndən sonra PSJ-dən ayrılacağı gözlənilir.

PSJ bu gün “Mets”lə 2021/2022 mövsümündə Liqa 1-də son matçını keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button