Antuan Qrizmann rəsmən “Barselona”da

Geridə qalan mövsüm başa çatan kimi Madrid “Atletiko”sundan ayrıldığını açıqlayan Antuan Qrizmannın yeni klubu müəyyənləşib.

Komanda.az xəbər verir ki, fransalı futbolçu gözlənildiyi kimi, “Barselona”ya transfer olunub. Bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.

“Barselona” bu keçidə görə 120 milyon avrosundan keçib. Qrizmann yeni klubu ilə 5 illik müqavilə imzalayıb. Kataloniya təmsilçisi isə 2024-cü ilədək onu transfer etmək istəyən klublar üçün fantastik qiymət qoyub – 800 milyon avro!

İspaniyada daha öncə “Real Sosyedad”da da forma geyinən Qrizmann, 2014-cü ildə 30 milyon avroya “Atletiko”ya transfer olunmuşdu.