“Antalyaspor”dan “Anderlext”ə

Türkiyənin “Antalyaspor” klubu nigeriyalı hücumçusu Pol Mukayrunu icarəyə göndərib.

Komanda.az xəbər verir ki, 20 yaşlı futbolçu bu mövsümün sonuna qədər Belçikanın “Anderlext” klubunun uğurları üçün çalışacaq.

Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. Belçika klubu Mukayrunu satınalma şərti ilə icarəyə götürüb.

2019-cu ildən “Antalyaspor”da çıxış edən Mukayru, geridə qalan mövsümdə 24 Super Liqa, 7 Türkiyə Kuboku matçında forma geyinib. Həmin oyunlarda 743 dəqiqə meydanda olub, 4 qola imza atan forvard, bu mövsüm də 3 Super Liqa matçına çıxmışdı.