“Qarabağ”ın yoxlama oyununa qar əngəli

Antalyanın Belek bölgəsində yağan qar “Qarabağ”ın planında dəyişikliyə səbəb olub.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Çexiyanın “Bohemians” klubu ilə saat 12:00-da start götürməli olan yoxlama oyunu meydanın qardan təmizlənməsində yaşanan çətinliyə görə ləngiyib. Oyunun başlama vaxtı dəqiqləşən kimi məlumat veriləcək.

“Qarabağ” bu gün ikinci yoxlama matçında saat 18:00-da Polşanın “Visla Krakov” klubu ilə qarşılaşacaq.