“Səbail” “Korona”nı yeni transferi ilə yendi

Antalyada təlim-məşq toplanışında olan “Səbail” bu gün yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, “dənizçilər” “Korona” klubu ilə üz-üzə gəlib. Polşa təmsilçisi ilə görüş saat 16:00-da start götürüb. “Səbail” bu oyundan qalib ayrılıb. Paytaxt klubuna qələbə qazandıran yeganə qolu son dəqiqələrdə yeni transfer olunan Hendrik Ekşteyn vurub.

“Səbail” Antalya toplanışı çərçivəsində daha öncə Qazaxıstanın “Jetısu” klubuna 0:1, Ukrayna “Olimpik”inə isə 0:3 hesabıyla uduzub, Rumıniya təmsilçisi “Voluntari” ilə heç-heçəyə (2:2) razılaşıb.

Yoxlama oyunu

25 yanvar

Səbail – Korona (Polşa) 1:0
Qol: Hendrik Ekşteyn, 89.
Antalya, Topkapı futbol mərkəzi