“Səbail” Rumıniya klubu ilə heç-heçəyə razılaşdı

Antalyada təlim-məşq toplanışında olan “Səbail” bu gün növbəti yoxlama oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Bakı təmsilçisi “Voluntari” klubu ilə qarşılaşıb. Rumıniya təmsilçisi ilə görüşə Bakı vaxtı ilə saat 17:00-da start verilib. Aftandil Hacıyevin çalışdırdığı kollektiv bu oyundan heç-heçə ilə ayrılıb.

“Səbail” Antalya toplanışı çərçivəsində daha öncə Qazaxıstanın “Jetısu” klubuna 0:1, Ukrayna “Olimpik”inə isə 0:3 hesabıyla uduzmuşdu.

Yoxlama oyunu

21 yanvar

Səbail – Voluntari (Rumıniya) 2:2
Qol: Ruslan Hacıyev, 21. Mirsayib Abbasov, 90.
Antalya, “Miracle Resort Hotel”in meydançası