“Səbail” Qazaxıstan klubuna məğlub oldu

Antalyada təlim-məşq toplanışında olan “Səbail” bu gün ilk yoxlama oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Aftandil Hacıyevin rəhbərlik etdiyi kollektiv Qazaxıstanın “Jetısu” klubu ilə qarşılaşıb. “Səbail” bu oyundan minimal hesabla məğlub ayrılıb.

“Səbail” bundan başqa, Antalyadakı toplanışı çərçivəsində Ukraynanın “Olimpik” (Donetsk, 18 yanvar), Rumıniyanın “Voluntari” (21 yanvar) və Polşanın “Korona” (25 yanvar) klubları ilə qarşılaşacaq.

Yoxlama oyunu

15 yanvar

Səbail – Jetısu (Qazaxıstan) 0:1
Türkiyə, Antalya