“Qarabağ” Qazaxıstan klubuna qalib gəlir – Yenilənir

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün növbəti yoxlama oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri “Jetısu” klubu ilə qarşılaşıb. Qazaxıstan təmsilçisi ilə görüş Azərbaycan çempionunun qələbəsiylə bitib.

“Qarabağ” Antalyadakı ilk sınağında Rumıniyanın “Akademika Klinçeni” klubu ilə 2:2 hesablı bərabərə qalmışdı.

Yoxlama oyunu

22 yanvar

Qarabağ – Jetısu (Qazaxıstan) 1:0
Qol: Mahir Emreli, 5.
Antalya, “Gloria Sereniti”

Qarabağ: 13. Vaqner da Silva, 2. Qara Qarayev, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 8. Miçel Madera, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdulla Zubir, 18. İsmayıl İbrahimli.
Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 94. Nicat Mehbalıyev, 9. Araz Abdullayev, 19. Filip Ozobiç, 21. Hacıağa Hacılı, 23. Faysal Rerras, 24. Nihad Tamazov, 29. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 66. Cavid Bayramov, 71. Toral Bayramov, 99. Maqaye Qeye.