“Neftçi”nin son oyununun başlama saatı bilindi

Antalyada təlim-məşq toplanışında olan “Neftçi”nin Ukrayna “Desna”sı ilə keçirəcəyi son yoxlama oyununun başlama saatı məlum olub.

Komanda.az “ağ-qaralar”ın “facebook” hesabına istinadən xəbər verir ki, yanvarın 24-də, “Emir Hotels Spor Kompleksi”nin stadionunda keçiriləcək “Neftçi” – “Desna” matçı saat 18:00-da start götürəcək.

“Neftçi” Antalya toplanışı çərçivəsində keçirdiyi yoxlama matçında Polşanın “LKS Lodz” klubuna 0:4, Kiyev “Dinamo”suna isə 1:2 hesabıyla uduzmuşdu.