“Neftçi”nin “Dinamo” ilə oyununun başlama saatı bilindi

Antalyada təlim-məşq toplanışında olan “Neftçi”nin Kiyev “Dinamo”su ilə keçirəcəyi yoxlama oyununun başlama saatı məlum olub.

Komanda.az “ağ-qaralar”ın “facebook” hesabına istinadən xəbər verir ki, yanvarın 20-də keçiriləcək “Neftçi” – “Dinamo” matçı saat 18:00-da start götürəcək.

“Neftçi” Antalya toplanışı çərçivəsində keçirdiyi ilk yoxlama matçında Polşanın “LKS Lodz” klubuna 0:4 hesabıyla uduzmuşdu.