“Neftçi” son sınağından da məğlub ayrıldı

Antalyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün sonuncu yoxlama oyununa çıxıb.

Komanda.az xəbər verir ki, “ağ-qaralar” “Desna” klubu ilə qarşılaşıb. Ukrayna təmsilçisi ilə görüş saat 18:00-da start götürüb. Üç qolun qeydə alındığı matç bakılıların növbəti məğlubiyyəti ilə nəticələnib.

“Neftçi” Antalyadakı yoxlama oyunlarında da Polşanın “LKS Lodz” klubuna 0:4, Kiyev “Dinamo”suna isə 1:2 hesabıyla uduzmuşdu.

Yoxlama oyunu

24 yanvar

Neftçi – Desna (Ukrayna) 1:2
Qol: Stiven Monroz, 66.
Antalya, “Emir Hotels Spor Kompleksi”nin stadionu

Neftçi: 1. Səlahət Ağayev, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 9. Baqali Dabo, 11. Vangelis Platellas, 15. Saman Nəriman Cahan, 18. Tural Axundov, 36. Mamadu Kane, 77. Donald Gerye.

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 30. Aqil Məmmədov, 5. Anton Krivotsyuk, 17. Rəhman Hacıyev, 22. Mirabdulla Abbasov, 26. Ömər Buludov, 27. Nabi Silla, 28. Stiven Monroz, 33. Turan Vəlizadə.