“Keşlə” Antalyanı qələbəsiz tərk edir

Antalyada təlim-məşq toplanışında olan “Keşlə” bu gün sonuncu yoxlama oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv “Zemplin” klubu ilə üz-üzə gəlib. Slovakiya təmsilçisi ilə oyunda qalib müəyyənləşməyib – 1:1.

“Keşlə” Antalya toplanışında bundan əvvəl Almaniyanın “Zvikkau” klubuna 1:4, Rusiya “Arsenal”ına isə 1:2 hesabıyla uduzub.

Yoxlama oyunu

24 yanvar

Keşlə – Zemplin (Slovakiya) 1:1
Qol:
Aleksandr Kristavao, 8.

Türkiyə, Antalya