Azərbaycan millisi 4 qolla qalib gəldi

Antalyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün ilk yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, milli Türkiyənin “Alanyaspor” klubunun U-19 komandasıyla qarşılaşıb. Altı qolun qeydə alındığı qarşılaşmada yığmamız inamlı qələbəyə sevinib.

Azərbaycan millisi 25 və 27 yanvarda isə Şimali Makedoniyanın U-19 yığması ilə qarşılaşacaq.

Yoxlama oyunu

22 yanvar

16:00 Azərbaycan U-19 – Alanyaspor U-19 (Türkiyə) 4:2
Qol: Mustafa Yıldırım, 18; 55. Elçin Qasımov, 41. Balamirzə Soltanov, 61.
Türkiyə, Antalya