“Qarabağ”ın ilk yoxlama oyununun vaxtı bilindi

Antalyada qış təlim-məşq toplanışında olan “Qarabağ”ın ilk yoxlama oyununun başlama saatı məlum olub.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi “facebook” hesabı məlumat yayıb. Ağdam təmsilçisi yanvarın 18-də “Akademika Klinçeni” klubuyla qarşılaşacaq. Rumıniya təmsilçisi ilə görüş saat 18:00-da start götürəcək.

“Qarabağ” bundan əlavə, yanvarın 22-də Qazaxıstanın “Jetısu”, yanvarın 25-də Çexiyanın “Siqma” və Polşanın “Visla” (Plok) klublarıyla qarşılaşacaq.

Yoxlama oyunu

18 yanvar

18:00 Qarabağ – Akademika Klinçeni (Rumıniya)
Türkiyə, Antalya