“Anderlext”in futbolçusu Türkiyə klubu ilə müqavilə imzaladı

Türkiyənin “Göztəpə” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Belçikanın “Anderlext” klubunun yarımmüdafiəçisi Peter Julu heyətinə qatıb.

Bu barədə Türkiyə təmsilçisinin rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu mövsümün sonuna qədər icarəyə götürülüb.

Avstriyalı futbolçu 2019-cu ildən “Anderlext”in uğurları üçün çalışırdı. Ölkəsinin milli komandasında da 11 oyun keçirmiş yarımmüdafiəçi, daha öncə “Qrödiq”, “Hartberq”, “Volfsberger”, “Admira Vakker”, “Rid” və “Şturm Qraz” klublarının da uğurları üçün çalışıb.