Ançelottidən “Real”dan gedəcəyi gözlənilən Beyl haqda açıqlama

“Real”ın baş məşqçisi Karlo Ançelotti uelsli hücumçu Qaret Beylin klubdan gedəcəyi ilə bağlı danışıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis, 32 yaşlı futbolçunun klubda qalmayacağına işarə vurub:

“Beylin klubla müqaviləsi başa çatır. Onun sabah oynayıb-oynamayacağı o qədər də önəmli deyil (“Betis”lə La Liqa matçı). Beyl bu klubun tarixinin bir parçasıdır. O, həmişə Madridin yaddaşında qalacaq. Beyl Çempionlar Liqasında, La Liqa oyunlarında mühüm rol oynayıb. Bunu etiraf etmək lazımdır”.

Beyl 2013-cü ildən “Real”da çıxış edir. O, bu mövsüm Premyer Liqada 5 oyuna çıxıb və 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button