Ançelotti “Ayaks” haqqında: “Onlar ÇL-i qazana bilməyəcəklər”

“Napoli”nin baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/8 finalında “Real”ı, 1/4 finalında isə “Yuventus”u mübarizədən kənarlaşdıraraq yarımfinala yüksələn “Ayaks” haqqında açıqlama verib.

Komanda.az xəbər verir ki, İtaliya mətbuatına danışan 59 yaşlı mütəxəssis, “Ayaks”ın Çempionlar Liqasını qazana bilməyəcəyini deyib:

“Ayaks” çox yaxşı futbol oynayır, ancaq heç kim onların yarımfinala yüksələcəyini gözləmirdi. Məncə, onlar ÇL-i qazana bilməyəcəklər. Bəlkə də, səhv edirəm, amma qalib olacaqlarını düşünmürəm. “Ayaks”ın etdiklərini, bu uğurunu qiymətləndirmək lazımdır. Komanda halında çox yaxşı oyun sərgiləyirlər.

“Ayaks” etdikləri ilə hamımızı heyrətləndirdi. Ancaq İtaliyada uzunmüddətli planlar qurmağa imkan yoxdur. Azarkeşlər həmişə nəticə istəyir”.

“Napoli” hazırda Avropa Liqasının 1/4 final mərhələsində mübarizə aparır. Ançelottinin rəhbərlik etdiyi kollektiv mərhələnin ilk oyununda “Arsenal”a 0:2 hesabıyla məğlub olub. Komandalar arasındakı cavab matçı bu gün, saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button