Ançelotti keçmiş futbolçusunu “Everton”a apardı – rəsmi

İngiltərənin “Everton” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, klub “Napoli”dən Allanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Premyer Liqa təmsilçisi 29 yaşlı yarımmüdafiəçi ilə 2023-cü ilin iyun ayının sonunadək nəzərdə tutulan müqavilə imzalayıb. Transferin dəyəri açıqlanmayıb.

Allan “Everton”un baş məşqçisi Karlo Ançelotti ilə “Napoli”də birlikdə çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button