“Hazırda onun transferi barədə düşünmürəm” – Ançelotti

“Everton”un baş məşqçisi Karlo Ançelotti adı klubla yanaşı çəkilən “Real”ın futbolçusu İskonun mümkün keçidi ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Ançelotti, İskonun transferində maraqlı olmadığını bildirib:

“İsko fantastik futbolçudur, onunla bağlı əla xatirələrim var. Amma hazırda onun transferi barədə düşünmürəm. Əlimizdə olan futbolçuları bərpa etməli və qarşıdakı oyunlara köklənməliyik”.

28 yaşlı İsko ilə “Mançester Siti” və “Yuventus”un maraqlandığı da bildirilir.