Ançelotti hədəfini açıqladı: Bu, uzun turnirdir, amma…

UEFA Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində “Sürix”in qonağı olacaq “Napoli”nin baş məşqçisi Karlo Ançelotti, açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssis, bu turnirin qalibi olmaq istədiklərini deyib:

“A Seriyasında son oyunları kifayət qədər yaxşı oynamadıq. Avropa Liqasının qalibi olmaq bu mövsümü unudulmaz edə bilər. Bu, uzun turnirdir, amma sona qədər gedə bilərik.

Bir çox insan bu mövsümün keçid dövrü olduğunu deyir, lakin mən belə düşünmürəm. Qarşıdakı aylarda oynayacağımız çox oyun var”.

“Sürix” – “Napoli” oyunu bu gün, saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button