Amit Quluzadəsiz “Milsami” 1 xalla başladı

Futbol üzrə Moldova çempionatında yeni mövsümə start verilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın yığmasının sabiq üzvü Amit Quluzadənin formasını geyindiyi “Milsami” də yeni mövsümdə ilk matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Petrokub” ilə qarşılaşıb. Quluzadənin komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Millimizin sabiq yarımmüdafiəçisi bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.