Amit Quluzadə mövsümün son matçında da oynamadı

Futbol üzrə Bosniya və Herseqovina Premyer Liqasında mövsümə yekun vurulub.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası – “Çelik” də sonuncu matçına çıxıb.

Sözügedən kollektiv 33-cü tur çərçivəsində doğma meydanda “Şiroki Briyeq”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan heç-heçə ilə ayrılıb – 1:1. Amit bu görüşün iştirakçısı olmayıb.

“Çelik” mövsümü 43 xalla 12 kollektiv arasında 7-ci pillədə başa vurub.