Amerika kuboku: Uruqvay qrupu lider tamamladı

Amerika kubokunda 3-cü turun oyunlarına yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Braziliya Perunu, Venesuela ilə Boliviyanı məğlub edib. Bu nəticə ilə Braziliya və Venesuela millisi Amerika kubokunda 1/4 final mərhələsinə yüksəlib.

B qrupunun matçları isə dünən keçirilib. Argentina millisi Qətərə, Kolumbiya isə Paraqvaya qalib gəlib. Nəticədə Kolumbiya qrup lideri, Argentina isə ikinci yerlə növbəti mərhələyə vəsiqə qazanıb.

C qrupunda Uruqvay Çilini məğlub edərək, qrupu lider kimi tamamlayıb və 1/4 finala vəsiqə qazanıb.

Amerika kuboku-2019

A qrupu, 3-cü tur

22 iyun

Peru – Braziliya 0:5
Qol:
Kasemiro, 12. Firmino, 19. Everton, 32. Alveş, 53. Villian, 90.

Boliviya – Venesuela 1:3
Qol:
Justiniano, 83 – Maçis, 2, 55; Martines, 87.

B qrupu 3-cü tur

23 iyun

Qətər – Argentina 0:2
Qol
: Lautaro Martines, 4. Serxio Aquero, 82.

Kolumbiya – Paraqvay 1:0
Qol
: Qustavo Kuelyar, 31.

C qrupu, 3-cü tur

24 iyun

Çili – Uruqvay 0:1
Qol:
Kavani, 82.

Ekvador – Yaponiya 1:1
Qol:
Mena, 35 – Nakayima, 15.

Bombardir: Everton (Braziliya), Aleksis Sançes (Çili), Kodzi Miyoşi (Yaponiya), Luis Suares, Edinson Kavani (hər ikisi Uruqvay), Duvan Zapata (Kolumbiya), Filippe Koutinyo (Braziliya), Eduardo Varqas (Çili) – 2 qol.