Messinin cəzası açıqlandı

Amerika kuboku-2019-da hakimləri və Cənubi Amerika Futbol Konfederasiyasını tənqid edən Argentina millisinin üzvü Lionel Messi cəzalandırılıb.

Komanda.az xəbər verir ki, 32 yaşlı hücumçuya 1,5 min dollar pul cəzası verilib. Bu barədə İspaniyanın “As” nəşri məlumat yayıb. Messi pul cəzası ilə yanaşı, 1 oyunluq diskvalifikasiya da olunub.

Messi, Argentina millisinin DÇ-2022-nin seçmə mərhələsinin ilk oyununu buraxacaq.