“Napoli”ni almaq istəyir – Dünyanın ən varlı 2-ci insanı

“Amazon” şirkətinin qurucusu, dünyanın ən varlı biznesmenlərindən olan Ceff Bezos futbol sektoruna daxil olmağa hazırlaşır.

Komanda.az xəbər verir ki, amerikalı milyarder “Napoli” klubunu almaq niyyətindədir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Bezos yaxın zamanda klubun səhmlərini almaq üçün “Napoli”nin rəhbəri Auerlio De Laurentislə görüşəcək.

Bezos dünyanın ən varlı 2-ci şəxsidir. Onun sərvəti 187 milyard dollardır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button