Alveş qərarını verdi: PSJ-dən ayrılır?

PSJ ilə müqaviləsi başa çatan və  gələcəyi müzakirə olunan Dani Alveş karyerası ilə bağlı qərarını verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisinin yeni müqavilə təklifini rədd edən braziliyalı futbolçu, Fransadan ayrılmağa qərar verib. Alveşin daha güclü bir çempionatda oynamaq istədiyi və 2022-ci ildə keçiriləcək dünya çempionatında iştirak etməyi hədəflədiyi bildirilir.

36 yaşlı müdafiəçinin qərarını Amerika kuboku-2019-dan sonra açıqlayacağı bildirilir. Futbolçu məsələylə bağlı verdiyi açıqlamada bunları deyib:

“Hazırda tamamilə Amerika kubokunun oyunlarına köklənmişəm. Bu turnirdən sonra gələcəyimlə bağlı qərarımı açıqlayıb, təklifləri dəyərləndirəcəm”.

2017-ci ildən Paris klubunun formasını geyinən Alveş, bu mövsüm iştirak etdiyi 32 matçda 3 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button