Bundesliqa klubundan 15 milyon avroluq transfer

Almaniyanın “Volfsburq” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Zalsburq”dan Ksaver Şlaqeri transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi ilə 2023-cü ilə qədər müqavilə imzalanıb.

“Volfsburq” Avstriya millisinin üzvü üçün “Zalsburq”a 15 milyon avro təzminat ödəyəcək.

Yarımmüdafiəçi son mövsümdə 44 qarşılaşmada iştirak edərək, 8 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button