Bundesliqa klubunda yeni baş məşqçi

Almaniyanın “Ştutqart” klubunun yeni baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisinin “sükan”ı Tim Valterə tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Son olaraq 2-ci Bundesliqada çıxış edən “Holştayn Kil”i çalışdıran alman mütəxəssislə 2021-ci ilin yayına qədər müqavilə imzalanıb.

“Ştutqart”da bir müddət əvvəl baş məşqçi Markus Veynzeyrllə yollar ayrılmış, komandanın “sükan”ı isə müvəqqəti olaraq Niko Vilinə tapşırılmışdı.

Cari mövsümdə Bundesliqanı 16-cı sırada bitirən “Ştutqart” elitada qalmaq üçün pley-off oynayacaq.