Bundesliqa klubunun futbolçuları maaşlarının bir hissəsindən imtina etdilər

Almaniyanın “Şalke” klubunun futbolçuları koronavirus pandemiyası səbəbiylə məvaciblərinin bir qismindən imtina ediblər.

Komanda.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Xəbərdə, futbolçuların iyunun 30-na qədər olan məvaciblərinin bir hissəsindən imtina etdikləri bildirilib.

Bundesliqada daha əvvəl “Borussiya” (Münhenqladbax) və “Yunion” klubunun futbolçuları koronavirusa görə məvaciblərinin bir hissəsindən imtina etmişdilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button