“Əlbəttə, oynamaq istəyərdim, ancaq…” – Rüfət Dadaşov

Almaniyanın “Proyssen” klubunda forma geyinən Azərbaycan millisinin üzvü Rüfət Dadaşov açıqlama verib.

Komanda.az “bild.de” saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsində Uels və Xorvatiyaya qarşı keçirdiyi hər iki oyunda da ehtiyatda qalan 28 yaşlı hücumçu, bunları deyib:

“Əlbəttə, oynamaq istəyərdim, ancaq vətənə səfər etmək də bir təcrübədir”.

“Proyssen” klubunun baş məşqçisi Sven Hübşer Dadaşovun Almaniya 3-cü liqasının 8-ci turu çərçivəsində “Viktoriya” ilə qarşılaşacaqları oyunda iştirak edəcəyini bildirib.

“Proyssen” – “Viktoriya” matçı sentyabrın 14-də keçiriləcək.