Almaniyanın “Maynts” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Proyssen”dən Kril Akononu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 19 yaşlı hücumçu ilə 2023-cü ilin yayına qədər müqavilə imzalanıb.
Almaniyanın 3-cü Bundesliqa təmsilçisi “Proyysen”lə bu mövsüm 27 oyuna çıxan Akono, 14 qol vurub.
“Proyysen”də Azərbaycan millisinin üzvü Rüfət Dadaşov da forma geyinir. Dadaşov bu mövsüm 31 oyunda iştirak edib və 8 qola imza atıb.