“Verner “Tottenhem”ə gedir” FOTO

Almaniyanın “Leyptsiq” klubunun rəsmi “tvitter” hesabı sosial şəbəkədə Timo Vernerin “Liverpul”a transfer olunacağıyla bağlı sualı cavablandırıb.

Komanda.az xəbər verir ki, alman azarkeşlərdən biri “tvitter”də “Günün xəbəri: “Liverpul” “Leyptsiq”in hücumçusu Timo Verneri almaqda çox maraqlıdır” yazaraq, paylaşım edib.

“Leyptsiq” klubunun “tvitter” səhifəsi isə bu xəbərə “və eşitdik ki, o, “Tottenhem”ə gedir” cavabı verib.

Bir müddət əvvəl İngiltərə mətbuatı Vernerin yayda “Liverpul”a transfer olunacağını iddia edirdi.