“İnter” “Leyptsiq”in futbolçusuna “elçi düşdü”

Almaniyanın “Leyptsiq” klubunun müdafiəçisi Anxelinyo karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 25 yaşlı ispan futbolçu ilə “İnter” klubu yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “İnter” Anxelinyo üçün yaxın zamanda “Leyptsiq”lə danışıqlara başlayacaq.

Anxelinyo bu mövsüm Bundesliqada 17 oyunda 3 məhsuldar ötürmə ilə yadda qalıb.