PSJ-nin yetirməsi Bundesliqa klubunda – Rəsmi

Almaniyanın “Leyptsiq” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi PSJ-dən Kristofer Nkunkunu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

“Leyptsiq” Nkunku üçün PSJ-yə bonuslarla birlikdə 15 milyon avro ödəyəcək. Paris təmsilçisinin yetirməsi olan yarımmüdafiəçi, yeni klubunda 18 nömrəli formanı geyinəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button