“Ayaks”ın futbolçusu rəsmən “Leyptsiq”də

Almaniyanın “Leyptsiq” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Ayaks”dan Brayan Brobbini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalanıb. Brobbi yayda “Leyptsiq”in düşərgəsinə qoşulacaq.

Hücumçu bu mövsüm “Ayaks”da 26 oyuna çıxıb və 13 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button